10 fevral tarixində İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının “Tibb və Sağlamlıq” sektorunun tərkibində fəaliyyət göstərən komissiyaların Marsol Group partnyoru olan şirkət rəhbərləri ilə görüşü baş tutub.
Görüşdə sahibkarlara assosiasiyanın fəaliyyəti, formalaşdırılmış komissiyaların gələcək hədəfləri ilə bağlı məlumat verilib. Ardınca görüş iştirakçılarının fikir və təklifləri dinlənilib, onların İCMA-ya üzvlük üçün müraciət ərizələri qəbul edilib. Görüşün sonunda komissiyaların keçiriləcək iclaslarının tarixləri müəyyənləşdirilib.