Online sorğu

Ana səhifə » Tədbirlər » "Ceofair" MMC-nin təşkilatçılığı, İCMA-nın və "Moon Group" şirkətinin tərəfdaşlığı il "Türk dünyası" təhsil sərgisi keçirilib.
icma

"Ceofair" MMC-nin təşkilatçılığı, İCMA-nın və "Moon Group" şirkətinin tərəfdaşlığı il "Türk dünyası" təhsil sərgisi keçirilib.

10  - 11 fevral tarixlərində "Ceofair" MMC-nin təşkilatçılığı, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının və "Moon Group Poliqrafiya & Promo" şirkətinin tərəfdaşlığı ilə Bakı və Gəncə şəhərlərində "Türk dünyası" təhsil sərgisi keçirilib.
Sərgidə Türkiyə universitetləri ilə birlikdə yerli şirkətlər də iştirak edib. Sərginin rəsmi açılışı Türkiyə Səfirliyi, TİKA, Təhsil Nazirliyinin nümayəndələri, Təhsil İdarəsi nümayəndələri, Özbəkistan, Qazaxıstan, Qırğızıstan səfirlikləri, Türkiyə Təhsil müşavirliyi, millət vəkillərinin və İCMA - nın İdarə heyətinin üzvlərinin çıxışları ilə baş tutub.
"Türk dünyası" təhsil sərgisi çərçivəsində təhsil sahəsindəki son trendlər, müasir təhsil texnologiyaları, təqaüd və mübadilə proqramları, dil kursları və digər təhsil imkanları haqqında məlumatlar verilib. Tələbələrin bu məlumatlar vasitəsilə müxtəlif təhsil seçimləri ilə tanış olmağa, öz təhsil və kariyera planlarını inkişaf etdirməyə kömək edən təhsil imkanlarını araşdırmağa şərait yaranıb.
Bakı və Gəncə şəhərlərində keçirilən sərgidə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin üzvləri Ramal Şəmşədli və Eldəniz Səfərov çıxış edərək İCMA-nın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq