Fevralın 17-si KOBİA ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin üzvləri və komissiya rəhbərləri arasında görüş keçirilib.
“Bakı KOB evi”ndə baş tutan işgüzar səhər yeməyində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev də iştirak edib. Görüşdə Assosiasiyanın fəaliyyət istiqamətləri, gələcək planları və hədəfləri haqqında məlumat verilib.
Agentliyin rəhbər heyəti və iş adamları arasında biznes mühitinə, sahibkarlıq sahəsində yeniliklərə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Görüş zamanı həmçinin sahibkarların təklifləri və çətinlikləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sahibkarların fikir və təkliflərini dinləmək, dövlət qurumu və sahibkarlar arasında körpü rolunu oynamaq İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə İCMA mütəmadi olaraq sahibkarlarla dövlət qurumları arasında görüşlər təşkil edir, müxtəlif tədbirlər çərçivəsində sahibkarlarla görüşlər keçirir.