Martın 29-u İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərkibində fəaliyyət göstərən İT və İnnovasiya sektorunun görüşü baş tutub.
Görüşdə bu sahədə fəaliyyət göstərən, Marsol Group partnyoru olan şirkət rəhbərləri iştirak edib. İştirakçılara İCMA-nın fəaliyyəti və gələcək planları haqqında məlumat verilib. Daha sonra iştirakçılar özləri haqqında məlumat verib.
Görüşün sonunda şirkətlər fəaliyyət sahəsinə uyğun müvafiq komissiyalara bölünüb.