Aprelin 2-si Təhsildə Keyfiyyət Təminatı Agentliyi və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA arasında görüş baş tutub.
Görüş çərçivəsində təhsil proqramlarının keyfiyyət səviyyələrinin müəyyənləşdirilməsi və tələblərin həyata keçirilməsi yönündə fəaliyyətlərlə bağlı Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov məlumat verib.
İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev də Assosiasiya tərəfindən təhsil sahəsində həyata keçirilən layihələr haqqında məlumat verib. Məzmuna əsasən birgə əməkdaşlığın gənclərin uğurlu karyera yolunda öz potensiallarını üzə çıxarmasına kömək olacağını bildirib, inkişaf etdirilə biləcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Bu əməkdaşlığın İCMA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Təhsildən biznesə: tələbələr üçün karyera yolu” kimi layihələrin daha effektiv istiqamətləndirilməsi və təhsil keyfiyyətinin yüksəldilməsinə vasitəçi olacağına inanırıq.