Online sorğu

Ana səhifə » Tədbirlər » Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları
icma

Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları

27 may tarixində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub.

Müzakirənin əsas məqsədi 1 iyul tarixindən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsi barədə sahibkarların məlumatlandırılması olub, daha sonra isə sual-cavab sessiyası baş tutub.

Müzakirədə, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev və İCMA üzvləri də iştirak edib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq