Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) tərəfdaşlığı və “PAŞA Holding”in dəstəyi ilə oktyabrın 7-də Azərbaycan Ticarət Forumu keçirilib.
“KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunan forumda idxal-ixrac əməliyyatları ilə bağlı imkanlar, sahibkarların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Forumda dövlət rəsmiləri, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlər və İCMA- üzvləri iştirak edib.