Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikası Auditorlar Palatasının, Azərbaycan Sahibkarlar Konfederasiyasının və “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə “Audit və qiymətləndirmə fəaliyyəti” mövzusunda ictimai müzakirə təşkil olunub.
Tədbirdə müvafiq dövlət qurumlarının, biznes assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov şəffaflığın təmin olunmasında müstəqil audit və qiymətləndirmənin xüsusi rol oynadığını, ictimai müzakirənin bu sahədə fəaliyyət göstərən KOB subyektlərinin gözləntilərinin və qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.
KOBİA yanında İctimai Şuranın üzvü "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA"nın idarə heyətinin sədri Tural Mustafayev də görüşdə iştirak edib.