Online sorğu

Ana səhifə » Tədbirlər » İCMA və Marsol Region-un birgə təşkilatçılığı ilə Lənkəran-Astara bölgəsinə “Biznes Tur” təşkil edilib.
icma

İCMA və Marsol Region-un birgə təşkilatçılığı ilə Lənkəran-Astara bölgəsinə “Biznes Tur” təşkil edilib.

13-15 oktyabr “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA” və Marsol Region-un birgə təşkilatçılığı ilə Lənkəran-Astara bölgəsinə “Biznes Tur” təşkil edilib.
Marsol Group partnyorlarının iştirakı ilə baş tutan “Biznes Tur” çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən, 20-yə yaxın Marsol Region partnyorunun ofis və istehsalatına ekskursiyalar təşkil olunub.
“Biznes Tur” çəçivəsində paytaxt sahibkarları region sahibkarları ilə tanış olub, onların biznesləri haqqında ətraflı məlumat əldə ediblər. Bununla yanaşı biznes əlaqələrini daha da genişləndirmək məqsədilə işgüzar görüşlər təşkil olunub.
Belə tədbirlər vasitəsilə ölkəmizin müxtəlif bölgələrindəki sahibkarları bir araya gətirməyə, onlar arasında səmərəli əlaqələrin qurulmasına nail oluruq.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq