Online sorğu

Ana səhifə » Tədbirlər » Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüş keçirilib.
icma

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüş keçirilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüş keçirilib.
14 oktyabr tarixində Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla sahibkarların görüşü keçirilib.  Wotmax Estate-in təşəbbüsü, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasi və Marsol Groupun birgə təşkilatçılığı ilə  keçirilən görüşdə iştirak edən sahibkarların fəaliyyət istiqamətləri haqqında məlumat verilib,  Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında mövcud olan və inkişaf etdirilə biləcək biznes əlaqələri, o cümlədən ticarət sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Hörmətli Ersin Tatar çıxışı zamanı Türk dünyası xalqlarının tarixi bağlılığı əsasında qurulan münasibətlərin inkişaf etdirilməsinin zəruriliyindən danışıb. O, xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin Sədri Tural Mustafayev tərəfindən Prezident Ersin Tatara xatirə hədiyyəsi təqdim edilib və sahibkarlarla birgə xatirə fotosu çəkilib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq