Online sorğu

Ana səhifə » Tədbirlər » Marsol Group və İCMA-nın birgə təşkilatçılığı ilə "8 Noyabr Zəfər Günü"nə həsr olunan qan vermə aksiyası baş tutub.
icma

Marsol Group və İCMA-nın birgə təşkilatçılığı ilə "8 Noyabr Zəfər Günü"nə həsr olunan qan vermə aksiyası baş tutub.

Bu gün Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA-nın birgə təşkilatçılığı ilə "8 Noyabr Zəfər Günü"nə həsr olunan qan vermə aksiyası baş tutub. Aksiyada 20-yə yaxın sahibkar iştirak edib həkim hemotoloqları tərəfindən sağlamlıq vəziyyətləri yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Mərkəzi Qan Bankında “Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə keçirilən qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün təşkil olunub. Xatırladaq ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar mütəmadi olaraq yeni qana ehtiyac duyurlar. Əgər lazımi vaxtda onlara yeni qan və ya qan komponentləri köçürülməsə həyatlarını itirmək təhlükəsi qarşısında qalırlar.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq