17 noyabr İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA-nın təşkilatçılığı ilə baş tutan işgüzar Mərakeş səfəri çərçivəsində Kasablanka şəhərinin Sidi Othmane sənaye zonasında inkişaf və investisiya ilə bağlı təşkil olunan tədbirdə İCMA-nın İdarə Heyətinin üzvləri, İlkin Rəcəbli, Nəsimi Həsənov və Mehman Məmmədov iştirak edib. Mr. Abid Kabadinin təşkil etdiyi görüşdə, tanışlıqlar olub və investisiya ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Kasablankanın Sidi Othmane rayonunun 1-ci vitse-prezidenti Abdeljalil BERBOUCHI, 3-cü vitse-prezidenti Abdelhak MABCHOUR, Əlaqələr və Tərəfdaşlıq Komissiyasının sədri Abdelilah FARRAKH iştirak edib.
Görüşün iki ölkə arasında investisiya tərəfdaşlığının qurulmasına və ticarət əlaqələrinə töhfə verəcəyinə inanırıq.