“Birgə və Sağlam” İctimai Birliyinin 10 illiyinə həsr olunan mərasim keçirilib. Bir sıra dövlət və özəl qurumların, ali təhsil müəssisələrinin, qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə İctimai Birliyin Məşvərət Şurasının sədri Natəvan Məmmədova öz çıxışında təşkilatın başlıca məqsədi və xidmətləri haqqında məlumat verib. “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova autizmli şəxslərin və onların ailələrinin dəstəklənməsi üçün edilən təşəbbüsləri dəstəkləyən tərəfdaşlara minnətdarlığını bildirib. “Birgə və Sağlam”a daim dəstək və yardım göstərən 27 təşkilat və şəxslər arasında olan İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının və Marsol Groupun İdarə Heyətinin sədri Tural Mustafayevə “Autizm dostu” diplomu təqdim edilib.
Tədbir birliyin “Mavi ürəklər” xor və ritm qrupu üzvlərinin hazırladığı inklüziv konsert proqramı ilə yekunlaşıb.