Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə üçüncü Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.
Tədbirdə karyera inkişafı üzrə yerli və qlobal nailiyyətlər, müasir yanaşmalar, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmləri, daim dəyişən dünyada tələb olunan bacarıqlar və karyera sahəsində müasir tələb-təklif trendləri mövzusunda panel müzakirələr baş tutub.
Forumda karyera məsləhətçiləri, təhsil ekspertləri, dövlət və özəl sektorun nümayəndələri, inkişaf mentorları və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin sədri Tural Mustafayev iştirak edib.