Online sorğu

Ana səhifə » Tədbirlər » “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” keçirilib.
icma

“Azərbaycan-Türkiyə İnvestisiya Forumu” keçirilib.

Bu gün “Azərbaycan-Türkiyə İnvestisiya Forumu” keçirilib. Forumda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyə Prezidentinin Maliyyə İdarəsinin müdiri Göksel Aşan, Türkiyə Respublikasının ticarət naziri Ömər Bolat çıxış edib. Tədbirdə Azərbaycan-Türkiyə dövlət və özəl qurumları arasında qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalanıb. Ardınca forum “Davos” formatında 6 panel sessiya və şirkətlər arasında ikitərəfli görüşlərlə davam edib.
Dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi tədbirdə İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının –İCMA-nın İdarə Heyətinin sədri və üzvləri də işirak edib.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq