Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, Marsol Group, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası - İCMA-nın tərəfdaşlığı, QOLAT Sport Services-in təşkilatçılığı ilə keçirilən "Marsol Mini Futbol Turniri 2023" başa çatıb. Şirkətlər arasında keçirilən turnirin Final mərhələsində Kapital Bank və ArchiCO komandası qarşı qarşıya gəlib. ArchiCO 3-0 hesabla qələbə qazanıb. Bununla yanaşı 3-cülük uğrunda KOBİA komandası ilə Fin-Plast komandasının rəqabəti baş tutub. Nəticədə KOBİA komandası qalib gəlib.
Turnirdə iştirak edən hər kəsə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!
Turnirin baş sponsoru: ERZ Ofis Mebelleri
Turnirin Sponsorları: Kovrolin.az,
Promo Tərəfdaşı: Moon Group Poliqrafiya & Promo
Təşkilatçı: QOLAT Sport Services