9 yanvar tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının təşkilatçılığı ilə “Nailiyyətlər və Çağırışlar” mövzusunda “Azərbaycan Maliyyə Forumu” keçirilib.
Forumda maliyyə sektorunda fəaliyyət göstərən təşkilatların rəhbərləri və nümayəndələrinin iştirakı ilə ölkəmizdə maliyyə sektorunun inkişafı, xüsusilə də maliyyə vasitəçiliyi və inklüzivliyinin yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi, habelə rəqəmsal maliyyə xidmətlərinin artırılması üzrə nailiyyətlər və qarşıda duran prioritetlər müzakirə olunub.
Tədbirdə Azərbaycan Maliyyə Forumu iştirakçıları tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi siyasətini dəstəkləyən və onun davam etdirilməsini ifadə edən Bəyanat qəbul olunub.
Forumda İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının İdarə Heyətinin üzvləri də iştirak edib.