Online sorğu

Ana səhifə » Tədbirlər » İCMA-nın tərəfdaşlığı ilə Şabran şəhərində iş adamları üçün təlim təşkil olunub.
icma

İCMA-nın tərəfdaşlığı ilə Şabran şəhərində iş adamları üçün təlim təşkil olunub.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının tərəfdaşlığı ilə Şabran şəhərində iş adamları üçün təlim təşkil olunub.

26 yanvar tarixində paytaxt sahibkarlarının da iştirakı ilə baş tutan ilk təlimdə Meslehetci.az şirkətinin həmtəsisçisi Abbas Orucəliyev  "Sahibkar və mühasib arasında düzgün kommunikasiya" mövzusunda öz təcrübələrini bölüşüb.

27 yanvar tarixində keçirilən növbəti təlimdə isə "Sofistico" şirkəti tərəfindən vergi məcəlləsinə edilən əlavələr və dəyişikliklər haqqında təqdimat baş tutub. Şirkətin həmtəsisçisi və icraçı direktoru Şamxal Kərimov mövzu çərçivəsində 2024-cü il üzrə vergi məcəlləsində olan dəyişiklikləri və əlavələri sahibkarların diqqətinə çatdırıb.

İCMA haqqında sualınız var ?

Ən qısa zamanda cavablandıraq